Avropa İttifaqının sülh prosesinə siyasi təsir etmək imkanı böyükdür

«Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik». “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ  münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin.

"Ermənistan ciddi cəhdlə çalışırdı ki, danışıqlar prosesi pozulsun və bundan sonra baş tutmasın. Ermənistanın belə mövqeyi ilk növbədə ağılsızlıqdır. Hazırda Ermənistanın danışıqlar prosesinə qayıtması tendensiyasını müşahidə edirik". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Nəsirov deyib. O, bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ  münaqişəsinin həlli prosesində birbaşa iştirakçı olmasa belə, dünyanın ən mühüm güc mərkəzlərindən biri olaraq prosesə siyasi təsir etmək imkanı böyükdür. Eyni zamanda, Aİ bunu edə bilər ki, münaqişə ilə bağlı proseslərə obyektiv qiymət verilsin.

"Xüsusilə Avropa Şurası rəhbərliyinin, o cümlədən təşkilatın baş katibi Yaqlandın timsalına ölkəmizə qarşı davranışlar şübhəsiz ki, Azərbaycan cəmiyyətində mənfi qarşılanır. Münaqişə ilə bağlı düzgün olmayan yanaşmaya görə, yalana və böhtanlara  görə cəmiyyətimiz onlara etiraz edir. Aİ proseslərdə obyektiv olmalı, AŞ ilə bu məsələ ilə bağlı məsləhətləşmələr aparıb Azərbaycanın haqq işini müdafiə etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31