Ermənistanda vəzifəli şəxs jurnalisti döyüb
Ermənistanda jurnalistlərin döyülməsinə dair daha bir fakt qeydə alınıb. Vayots Dzor vilayətinin Karaqlux icmasının rəhbəri Artur Stepanyan və Şadin icmasının tibb mərkəzinin direktoru Zoya Martirosyan Armday.am saytının əməkdaşı Paylak Fahradyana qarşı zor tətbiq edib. Hadisə Şatin icmasının tibb mərkəzində baş verib.
9 Oktyabr 2017 14:34 DünyaErmənistanda jurnalistlərin döyülməsinə dair daha bir fakt qeydə alınıb. Vayots Dzor vilayətinin Karaqlux icmasının rəhbəri Artur Stepanyan və Şadin icmasının tibb mərkəzinin direktoru Zoya Martirosyan Armday.am saytının əməkdaşı Paylak Fahradyana qarşı zor tətbiq edib. Hadisə Şatin icmasının tibb mərkəzində baş verib.
Məlumata görə, tibb mərkəzinin direktoru ilə müsahibəsində jurnalistin ölüm sənədlərinə və pulsuz dərmanlar üçün pul tələb edilməsinə toxunması direktoru qıcıqlandırıb. Nəticədə jurnalistin kamerasını əlindən alıb, onu döyüblər. Daha sonra onu bağlı yerdə saxlayıblar. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir.