Oğruların digər əməlləri üzə çıxdı
Oğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus “VAZ-2106” markalı avtomobildən akkumulyator oğurlanıb.ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar.
9 Oktyabr 2017 14:47 KriminalOğurluqda şübhəli bilinən şəxslər yaxalanıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində şəhər sakini Oqtay İbrahimova məxsus "VAZ-2106" markalı avtomobildən akkumulyator oğurlanıb.ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Güləliyev, şəhər sakinləri Rasim Talıbov və əvvəllər məhkum olunmuş Elxan Sultanov tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 1-dən 7-dək olan müddətdə daha 5 avtomobildən oğurluq etmələri müəyyən edilib. Araşdırmalar zamanı onların oğurladıqları əşyaları əlvan metalların qəbulu məntəqəsində işləyən Sumqayıt şəhər sakinləri Qabil Məmmədova və İxtiyar Quliyeva satmaları müəyyən edilib. Həyata keçirilən tədbirlərlə Q.Məmmədov və İ.Quliyev saxlanılıblar.