Gündəm
Elmar Məmmədyarov Gürcüstanda ərazi bütövlüyündən danışıb
Xarici İşlər Naziri Elmar Məmmədyarov Tbilisidə keçirilən GUAM üzv dövlətləri Xarici İşlər Nazirləri Şurasının GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunmuş iclasında çıxış edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, çıxışında Elmar Məmmədyarov Azərbaycanın GUAM-ın fəal üzv dövləti olaraq təşkilatın inkişafına və üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə əsaslı töhfə verdiyini qeyd edərək təşkilat çərçivəsində uğurlu fəaliyyətin qarşılıqlı inam və dəstək üzərində qurulduğunu deyib.
Ödənişsiz tibbi müayinə aksiyası keçirilib – Səyyar ASAN xidmətdə
"ASAN xidmət" və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Xırdalanda ödənişsiz səyyar tibbi müayinə aksiyası təşkil olunub. Olaylar bildirir ki, aksiyada tibbi xidmətdən keçmək istəyən vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, cərrah, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar. Aksiya çərçivəsində 800-dən çox vətəndaş müraciəti qeydə alınıb və xidmətdən yararlanan vətəndaşlara qanın kliniki analizi üçün müayinə kuponu hədiyyə olunub.
Geoloq Əli Bayramovun kitab kolleksiyası MEK -ə təqdim edildi
AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib. Olaylar bildirir ki, 42 elmi əsərin, bir monoqrafiyanın müəllifi olan, xeyli sayda elmi kadrlar yetişdirən alimin əsərləri və şəxsi kitab kolleksiyasından seçmələr ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.
Azərbaycan bütün sahələrdə inkişafını təmin edib
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda səsləndirilən fikirlər, bu ilin 9 ayı ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır və ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər də bu inkişafı şərtləndirən başlıca amildir. Elə ötən aylar ərzində əldə edilən nəticələr də bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, iclasda geniş və məzmunlu şəkildə çıxış edən Prezident İlham Əliyev də cari ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı çıxışında iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.Cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edən Prezident İlham Əliyev deyib ki, bu son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bildirib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.
İqtisadiyyat üzrə Nobel mükafatının sahibi məlum oldu
2017-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı davranış iqtisadiyyatı sahəsindəki tədqiqatlarına görə Amerikanın Çikaqo Universitetinin alimi Riçard Talerə verilib.
İspaniyanın baş nazirindən sərt açıqlama: "Ölkə bölünməyəcək"
İspaniyanın baş naziri Rajoy Kataloniya referendumu ilə bağlı açıqlama verib. Nazir açıqlamasını Almaniyanın nüfuzlu qəzeti "Die Welt"'ə verib. Açıqlamada deyilir: "İspaniya bölünməyəcək. Bunu təmin etmək üçün qanunların icazə verdiyi hər şeyi edəcəyik".
Əli Kərimlidən islamçıya qarşı təhqiramiz hərəkət – VİDEO
Mitinqin aparıcısı İbrahim İbrahimli sözü Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədliyə verəndə, o, digər natiqlər kimi, tribunanın ortasına keçmək istəyir. Müqayisə üçün deyək ki, məsələn, Gültəkin Hacıbəyli çıxış edərkən düz ortada – Əli Kərimli ilə Cəmil Həsənlinin arasında dayanıb.
Bəzi rayonlarda internet təchizatında fasilələr yarana bilər
"Aztelekom” internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.
“Merkuri -1“ ğəmi-bərəsi əsaslı təmir olunur
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Nəqliyyat donanmasına məxsus “Merkuri-1” gəmi-bərəsi təmir olunur.Gəmi “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun “Neptun” tərsanəsinə qaldırılıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklər əsaslı təmir olunur. Bəzi detallar yeniləri ilə əvəzlənir. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanır. Bərənin sualtı və suüstü hissəsində, vaqon göyərtəsində təmizləmə və qruntlama işləri aparılır. Ondan sonra adı çəkilən hissələr rənglənəcək. Bərənin köhnə kompressorları yeniləri ilə əvəzlənəcək. Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilir.
Azəravtoyol: “Yolların təmiri zamanı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur”
Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kmmunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır.
Kral sarayına silahlı hücum
Ötən gün Səudiyyə Ərəbistanı kralının Ciddədəki Qızıl Dəniz sahilində yerləşən sarayına silahlı basqın olub. Silahlı şəxs Kalaşnikov avtomatı ilə sarayın Qərb qapısını mühafizə edən mühafizəçilərə atəş açıb. Baş verən silahlı insident nəticəsində iki əsgər həlak olub, üç nəfər yaralanıb. Qarşıdurma zamanı saraya hücum edən silahlı şəxs öldürülüb. Saraya hücum edənin 28 yaşındakı Səudiyyə Ərəbistanı vətəndaşı Mənsur Əl-Əmri olduğu bildirilir. Hadisə ilə bağlı istintaq başladılıb.
Kriminal avtoritet 8 il əvvəlki arvadının… - Deputatın qətlində ŞOK DETALLAR - VİDEO
Kriminal avtoritet Vladimir Tyurin Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətlinin sifarişçisidir. Bu haqda brifinqdə Ukraynanın Baş prokuroru Yuri Lusenko bildirib.
Türkiyə ordusu yenidən Suriyaya girdi
Türkiyə ordusu Suriyaya girib. Türkiyə hərbçiləri Rusiya ilə birgə İdlib şəhərindəki əməliyyatda iştirak edəcək. Ərazidə Azad Suriya Ordusunun imkanlarından da istifadə ediləcək. Bildirilir ki, əməliyyatın məqsədi bu bölgədə əldə edilmiş sabitliyin möhkəmləndirilməsidir.
333 saylı uşaq bağçasında rüşvətxorluq tüğyan edir
Qaradağ rayonunda fəaliyyət göstərən 333 saylı dövlət uşaq bağçasında rüşvətxorluq halları tüğyan edir. “Olaylar”a daxil olan məlumata görə, sözügedən uşaq bağçası dövlətə məxsus olmasına baxmayaraq uşaqların bağçaya qəbulundan tutmuş həyata keçirilən tədris proseslərinin hamısında valideynlərdən pul tələb edilir.














