Azərbaycan bütün sahələrdə inkişafını təmin edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda səsləndirilən fikirlər, bu ilin 9 ayı ərzində əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişafdadır və ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər də bu inkişafı şərtləndirən başlıca amildir. Elə ötən aylar ərzində əldə edilən nəticələr də bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki, iclasda geniş və məzmunlu şəkildə çıxış edən Prezident İlham Əliyev də cari ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu diqqətə çatdırıb. Dövlət başçısı çıxışında iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb.Cari ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edən Prezident İlham Əliyev deyib ki, bu son illərdə aparılan siyasətin nəticəsidir. Dövlət başçısı bildirib ki, bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Cari ilin 9 ayının nəticələri belə deməyə əsas verir

Prezident İlham Əliyev vurğulayıb ki, doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub. "Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük", - deyən dövlətimizin başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən biri olduğunu bildirdi. Vurğuladı ki, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biridir. Prezident İlham Əliyev bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirdi. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub. Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirib, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.

Ötən 9 ay ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə edilməsə də, lakin Azərbaycanın xarici siyasətində bir sıra mühüm hadisələr baş verib. Azərbaycanın dövlət başçısı Cənab İlham İlham Əliyevin Birləşmiş Ştatlar başda olmaqla bir sıra ölkələrə səfərləri təbii ki, ölkəmizin münaqişənin həlli məsələsində haqq səsinin dünyaya çatdırılması baxımından əhəmiyyətli olub. Bu aylar ərzində Azərbaycan Dağlıq Qarabağ probleminin həllində diplomatik addımlara, sülh prosesinə üstünlük versə də, lakin Ermənistan tərəfi hər vasitə ilə danışıqlar prosesindən yayınmağa çalışıb. Dövlət başçısı Nazirlər Kabinetinin iclasında bu məsələyə də toxunub və Prezident çıxışında bildirib ki, Azərbaycanın mövqeyi bu məsələdə dəyişməz qalır. Dövlət başçısı ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlət başçısı onu da vurğulayıb ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.

Cari ilin 9 ayı qeyri-neft sektorunda əsaslı və nəticəyə hesablanmış addımların atılması kimi də yadda qaldı. Dövlət başçısının bu ilin əvvəllindən indiyə qədər bir neçə regiona səfər etməsi və həmin regionların spesifik sahələrinin inkişaf etdirilməsinə dair respublika müşavirılərinin keçirilməsi, bu istiqamətdə ciddi addımların atılması, bir neçə dövlət proqramının qəbul edilməsi fonunda bunu aydın şəkildə görə bilərik. Təsadüfi deyil ki. elə Prezident İlham Əliyev iclasda çıxışı zamanı bu məsələyə də toxunub. Bildirib ki, bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib: "Ötən ay "Azəri", "Çıraq" və "Günəşli" yataqları üzrə yeni Saziş imzalanıb, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı işlər də uğurla gedir". Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlət başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırıb. Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını deyən Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir. Dövlət başçısı diqqətə çatdırıb ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb. Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Prezident İlham Əliyev bildirdi ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.

Sonra təhsil naziri Mikayıl Cabbarov, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bu ilin doqquz ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzələrlə çıxış ediblər.

Müşavirəyə yekun vuran Prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını deyib.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31