333 saylı uşaq bağçasında rüşvətxorluq tüğyan edir
Qaradağ rayonunda fəaliyyət göstərən 333 saylı dövlət uşaq bağçasında rüşvətxorluq halları tüğyan edir. “Olaylar”a daxil olan məlumata görə, sözügedən uşaq bağçası dövlətə məxsus olmasına baxmayaraq uşaqların bağçaya qəbulundan tutmuş həyata keçirilən tədris proseslərinin hamısında valideynlərdən pul tələb edilir.
9 Oktyabr 2017 15:11 SosialQaradağ rayonunda fəaliyyət göstərən 333 saylı dövlət uşaq bağçasında rüşvətxorluq halları tüğyan edir. "Olaylar"a daxil olan məlumata görə, sözügedən uşaq bağçası dövlətə məxsus olmasına baxmayaraq uşaqların bağçaya qəbulundan tutmuş həyata keçirilən tədris proseslərinin hamısında valideynlərdən pul tələb edilir. Mənbənin verdiyi məlumata görə, vəziyyət o həddə çatıb ki, bağça müdirəsi və tərbiyyəçilər tərəfindən ödəniləcək pulun konkret müqdarı da müəyyən edilib. Daha dəhşətlisi ondan ibarədir ki, qanunsuz tələb edilən pulu verməkdən imtina edən valideynlər təzyiq və təhqirlərə məruz qalır, uşaqlara münasibətdə isə ayrıseçkilik edilir. Halbuki ölkə qanunvericiliyinə görə, dövlətə məxsus məktəbəqədar təhsil müəssisələrində tədris pulsuzdur. Məlumatda o da bildirilir ki, sözügedən uşaq bağçasında hökm sürən vəziyyətlə bağlı valideynlər aidiyyati qurumlara müraciət etmələrinə baxmayaraq mövcud vəziyyəti aradan qaldırmaq mümkün olmayıb.