Gündəm
“Müəllimlərin elektron –virtual əlaqəsi” adlı seminar keçirilib
“eTwinning Plus” layihəsi çərçivəsində Gürcüstanın Tbilisi şəhərində “Müəllimlərin elektron –virtual əlaqəsi” adlı seminar keçirilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, seminarın əsas məqsədi “eTwinning Plus” layihəsi çərçivəsində müasir tədris metodologiyalarının tətbiqinin müzakirəsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Seminarda İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimləri Surə Mehdiyeva və Şükufə Nəcəfova iştirak edib. Tədbirdə “eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlər də təşkil olunub.
Haluk Bilginer'in yeni projesi belli oldu
Almaniya multikulturalizmdən imtina edib
Son illər Almaniyada türk mənşəli ölkə vətəndaşlarına qarşı yönəlmiş “Peqida” ictimai hərəkatı geniş vüsət tapıb. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, sanki belə meylləri dəstəkliyərək, 2010-cu ildə Almaniya rəsmi olaraq, multikulturalizmdən imtina edib: “2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropanda multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirib.
Fransada Azərbaycan üçün istehsal etdiyi ilk sərnişin lokomotivin təqdimat mərasimi keçirilib
Fransanın şimal – şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müvini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Ve Erkan Petekkaya bıraktı!
Oyuncu Erkan Petekkaya sosyal medya hesabından yaptığı paylaşımla hayranlarını uyardı ve 'sorun giderilene kadar yokum' dedi. Kayıtdışı dizisinde başrol oynayan Erkan Petekkaya, sosyal medya hesabından hesabının kontrolü dışında paylaşımlar ve beğeniler gerçekleştirdiğini söyleyip sorun giderilene kadar hesabını kullanmayacağını ifade etti.
Eski Boşnak Komutan Oriç beraat etti
Bosna'daki savaş sırasında Bosna Hersek Cumhuriyeti Ordusu bünyesinde görev yapan eski Boşnak Komutan Oriç, Sırp sivilleri öldürmekle suçlandığı davadan beraat etti. Bosna'daki savaş sırasında Bosna Hersek Cumhuriyeti Ordusu (ARBiH) bünyesinde görev yapan eski Boşnak Komutan Naser Oriç, Sırp sivilleri öldürmekle suçlandığı davadan beraat etti. Başkent Saraybosna'daki mahkeme binasında görülen karar duruşmasında, 1992-1995 yılları arasındaki Bosna Savaşı sırasında Bratunats ve Srebrenitsa'da Sırp sivilleri öldürdüğü iddiasıyla hakim karşısına çıkarılan Oriç ve ARBİH bünyesinde görev yapan Sabahudin Muhic için beraat kararı verildi.
Qarabağda separatçı rejimin “müdafiə naziri” xəstəxanalıq oldu
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma DQR-in “müdafiə naziri” Levon Mnasakyan xəstəxanaya yerləşdirilib. Bu barədə Ermənistanın “Aysor” qəzeti hərbi mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, L.Mnasakyan xəstəxanaya yerləşdirməsinə ürək ağrıları səbəb olub.
Tanrının bəxş etdiyi istedada ondan başqa heç bir güc və varlıq mane ola bilməz
Biz bu səslə 4 -5 aydan çox idi ki, tanışdıq. Onu tanımaq üçün heç bir əmək sərf eləməmişdik. Eləcə rahat, isti evimizdə oturub, əlimizdə telefon və ya önümüzdə kompüterlə nəsə axtaranda rastımıza çıxmışdı. Diqqətimizi cəlb edən, videonu açma səbəbimiz isə yenə də “möhtəşəm” başlıq oldu. “Azərbaycanlı çobanın ifası”... Heç də xoş başlıq deyildi. Yox, çoban olmaq təbii ki, eyib deyil. Amma bu cür gözəl səsi daha gözəl təqdim etmək olardı... Etmədik...
BDU-da “Azərbaycan elmində qadınların rolu” adlı konfrans
Oktyabrın 9 – da Bakı Dövlət Universiteti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycan elmində qadınların rolu” adlı konfrans keçirib. Olaylar bildirir ki, təbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan qadınları cəmiyyətimizin bütün sahələri ilə yanaşı, elmin inkişafına da böyük töhfə verir, elm və təhsil sahəsində adlarını tarixə yaza biliblər. Müasir dövrdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib. Zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya sahəsində və digər mühüm sahələrdə də öz sözünü deməkdədir. Bildirib ki, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadınının XX əsrdə yetişdirdiyi akademik Zərifə Əliyeva, akademik İzzət Orucova, akademik Rəfiqə Əliyeva, professor Aida İmanquliyeva kimi mötəbər xanımlar yeni dövr Azərbaycan elmində önəmli iz buraxmış şəxsiyyətlərdir.
Vitse – prezidentin qardaşı həbs olundu
İranın vitse-prezidenti İshaq Cahangirinin qardaşı Mehdi Cahangiri həbs edilib. Onun işadamı olduğu və bir neçə böyük turistik layihədə iştirak etdiyi bildirilir. Hal-hazırda Cahangirinin TehrandaFransa şirkətləri ilə birgə “Novotel” və “İbis” otellərinin tikintisinə rəhbərlik etdiyi bildirilir. İshaq Cahangiriqardaşının həbs edildiyini təsdiqləyib. Ancaq saxlanma səsəblərini açıqlamayıb. Xəbəri Olayların Türkiyə bürosu yayıb.
“KAMAZ”la “Mersedes” toqquşub-3 nəfər ölüb, 2-si yaralanıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Hacıqabul-Horadiz yolunun 28-ci kilometrliyində Sabirabad rayonu ərazisində “KAMAZ“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış 2 nəfəri avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
Yük maşınının sürücüsünün cəsədi qumun altında tapılıb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşmış, kuzada olan qum ətrafa dağılmışdır. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunmuşdur.
Nərimanovda çilingər sexi yanıb
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus çilingər sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə çilingər sexinin yanar konstruksiyaları 30 m2 sahədə yanmışdır. Bitişik sexlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
“Rossiya 24” kanalında Azərbaycan məhsullarına dair reklam çarxlarının yayımına başlanıb
Oktyabrın 5-dən etibarən Rusiyanın “Rossiya 24” federal kanalında Azərbaycanın meyvə və meyvə şirələrinə dair reklam çarxlarının yayımlanmasına başlanılıb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqinə dair Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq, hazırlanmış bu reklam çarxları yerli məhsulların xarici ölkələrin ictimai yerlərində və beynəlxalq kütləvi informasiya vasitələrində təbliği məqsədi daşıyır. Reklam çarxlarının yayımı noyabrın 30-dək davam edəcək. Qeyd edək ki, reklam çarxlarının hazırlanması üçün bu ilin yay aylarında müvafiq çəkiliş qrupu Azərbaycan regionlarında yerləşən meyvə bağlarında və emal müəssisələrində çəkilişlər aparıblar. Reklam çarxları ilə bu linklərdən tanış olmaq olar:
Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı açıqlanıb
Vergilər Nazirliyinin rəsmi internet saytının - www.taxes.gov.az “Yaşıl dəhliz” bölməsində şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinin siyahısı yerləşduirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, cari ilin əvvəlindən etibarən vergi orqanlarına partnyor ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergi ödəyicisinə “Partnyor vergi ödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub. Partnyor vergi ödəyicilərinin növbədənkənar qəbulu üçün Respublika üzrə 52 xidmət mərkəzinin növbə terminalının proqram təminatında sürətli keçid üçün “Yaşıl dəhliz” adında seçim imkanı yaradılıb və bu sahədə işlər davam etdirilir.














