Almaniya multikulturalizmdən imtina edib

Son illər Almaniyada türk mənşəli ölkə vətəndaşlarına qarşı yönəlmiş “Peqida” ictimai hərəkatı geniş vüsət tapıb. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, sanki belə meylləri dəstəkliyərək, 2010-cu ildə Almaniya rəsmi olaraq, multikulturalizmdən imtina edib: “2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropanda multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirib.

Son illər Almaniyada türk mənşəli ölkə vətəndaşlarına qarşı yönəlmiş "Peqida" ictimai hərəkatı geniş vüsət tapıb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib ki, sanki belə meylləri dəstəkliyərək, 2010-cu ildə Almaniya rəsmi olaraq, multikulturalizmdən imtina edib: "2014-cü ildə Macarıstanın baş naziri Viktor Orban çıxış edərək, Avropanda multukulturalizm ideyasının yayılmasının əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, miqrantlar avropalılar üçün təhlükələr və problemlər yaradırlar. V.Orban hesab edir ki, ölkəsində sayca gözə çarpan miqarntları görmək dözülməzdir. Maraqlısı odur ki, eyni zamanda hər il minllərlə ölkə vətandaşı digər AB ölkələrinə iş dalınca miqrasiya edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31