Fransada Azərbaycan üçün istehsal etdiyi ilk sərnişin lokomotivin təqdimat mərasimi keçirilib

Fransanın şimal – şərqində yerləşən Belfort şəhərində “Alstom Transportation S.A.” şirkətinin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müvini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, “Alstom Transportation S.A.” şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Fransanın şimal - şərqində yerləşən Belfort şəhərində "Alstom Transportation S.A." şirkətinin "Azərbaycan Dəmir Yolları" QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin təqdimat mərasimi keçirilib. "OLAYLAR"-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müvini Hicran Valehovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin nümayəndələri, "Alstom Transportation S.A." şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille, eləcə də Azərbaycanın və Fransanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təqdimat mərasimində çıxış edən Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya üzrə icraçı direktoru Bernard Peille bildirib ki, ilk çoxtəyinatlı Prima lokomotivini Azərbaycana çatdırmaqdan və Qara dənizlə Xəzər dənizi, Rusiya ilə İran arasında tranzit dəmir yolu bağlantısını daha da gücləndirmək məqsədi daşıyan iddialı layihələrin tərəfdaşı olmaqdan dərin məmnunluğumuzu bildiririk. Texnoloji baxımdan xüsusi təyinata uyğun istehsal edilmiş bu lokomotiv "Alstom" şirkəti ilə "ADY" QSC-nin işçi heyətləri arasında qurulmuş möhkəm qarşılıqlı əlaqələrin nəticəsidir.

"Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini Hicran Valehov çıxış edərək bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Belə ki, Fransanın "Alstom Transportation S.A." şirkəti ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında 12 may 2014-cü il tarixdə bağlanmış müqavilənin tərkib hissəsi kimi hal-hazırda 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal edilməkdədir. "Azərbaycan Dəmir Yolları" QSC bundan sonra "Alstom" şirkəti ilə əlaqələri daha da genişləndirəcək.

Qeyd edək ki, bu lokomotivlər Şərq - Qərb dəhlizi üzrə 25 kV AC, 50 Hrs və Şimal - Cənub dəhlizi üzrə 3 kV DC ilə hərəkət edəcək. AZ4A sərnişin lokomotivi operatorları sərnişin və yük xidmətləri üçün nəzərdə tutulmuş ən münasib həllərlə təmin etmək üçün layihələndirilmiş "Alstom" Prima modulyar platformasına əsaslanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31