Geoloq Əli Bayramovun kitab kolleksiyası MEK -ə təqdim edildi

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib. Olaylar bildirir ki, 42 elmi əsərin, bir monoqrafiyanın müəllifi olan, xeyli sayda elmi kadrlar yetişdirən alimin əsərləri və şəxsi kitab kolleksiyasından seçmələr ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.

Tədbiri açan MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü alimin şəxsi kitab kolleksiyasının kitabxanaya bağışlanmasını əhəmiyyətindən danışaraq qeyd edib ki, MEK-də artıq bu kimi təqdimatlar gözəl bir ənənəyə çevrilib. Sonra Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşları  Aygün Mehdiyeva və Nərmin Rəcəbli alimin qızı Lalə Bayramova tərəfindən kitabxanaya hədiyyə edilmiş kitab kolleksiyası haqqında geniş məlumat veriblər.

Aygün Mehdiyeva qeyd edib ki, "Kolleksiya 69 adda kitabdan ibarətdir. Bunlardan 13-ü azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir"

Kolleksiyada Azərbaycan dilində olan ədəbiyyat haqqında isə MEK-in Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Nərmin Rəcəbli məlumat verib. Siyahıya daxil olan "Akademik  M.Ə.Qaşqayın elmi irsi (XXI əsrdən baxış)", Firudin Şuşinskinin müəllifi olduğu  "Azərbaycan Xalq Musiqiçiləri",  "Akademik Akif Əlizadə - İstedadla enerjinin harmoniyası" və 1991-ci ildə nəşr edilmiş "100 böyük türk" və s. kitablar barədə ətraflı bəhs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31