Azəravtoyol: “Yolların təmiri zamanı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur”
Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kmmunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır.
9 Oktyabr 2017 15:26 SosialSon günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kmmunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır. "Azəravtoyol" ASC-i bəyan edir ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur. Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə "Azəravtoyol" ASC-ə məlumat verirlərsə o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır.
İstənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.