Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir

Bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək ədalətsizlikdir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir.  

Bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək ədalətsizlikdir. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasətində ən mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarına söykənən müstəqil siyasət həyata keçirir və istənilən situasiyada yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarından çıxış edir. Elə millət vəkili Sahibə Qafarova da bu qənaətdədir.  O, bildirib ki,  dövlətimizin başçısı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi iş aparır: "Azərbaycan istənilən təşkilatın fəaliyyətini beynəlxalq hüquq prinsiplərinə uyğun qurmasının, ölkələrin daxili işlərinə müdaxilə olunmasının yolverilməzliyinin,  tərəfdarı kimi çıxış edir. Avropa Şurasına üzv olduğu ötən 16 ildən də artıq dövr ərzində də Azərbaycan təşkilat qarşısında bütün öhdəliklərini uğurla yerinə yetirib. Eyni zamanda, Azərbaycan öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə, mühüm təşəbbüsləri ilə təşkilatın daha effektiv fəaliyyət göstərməsinə töhfəsini verib. Buna baxmayaraq, müxtəlif vaxtlarda qurumu təmsil edən bəzi parlamentarilərin, o cümlədən, rəhbər strukturlarında təmsil olunan siyasətçilərin dilindən ölkəmizlə bağlı obyektivlikdən uzaq, ölkəmizdəki mövcud inkişaf tendensiyalarını əks etdirməyən, qərəzli yanaşmalar olmuşdur. Eyni zamanda, biz quruma üzv olarkən, AŞ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına hər hansı formada dəstək verəcəyni düşünürdük. Amma ötən illər ərzində bununla bağlı təsirli addımların da atıldığını müşahidə etməmişik. Əksinə, demokratik yolla inkişaf edən Azərbaycana qarşı həyata keçirilən təzyiq kampaniyaları fonunda ölkədə keçirilən bütün seçkilərin saxtalaşdırıldığı, siyasətçilərin, deputatların parlamentdə qətlə yetirildiyi, terrorizmin rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və soyqırımı törətmiş Ermənistan isə AŞPA-dakı müəyyən qruplar tərəfindən sanki himayə olunur, onlara qarşı loyal münasibət sərgilənir. Son vaxtlar isə AŞ-nin bəzi rəsmiləri Azərbaycana qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bizə hədələyirlər. Əlbəttə, bütün bunlar Azərbaycan cəmiyyətində haqlı narazılıq, qınaq yaradır. Prezident İlham Əliyevin də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdə vurğuladığı kimi, hazırda Azərbaycanda Avropa Şurası ilə bağlı ictimai rəy o qədər də müsbət deyil və bunun obyektiv səbəblərini bayaq sadaladıq. Bununla belə, hesab edirəm ki, ölkəmizə qarşı istənilən təzyiq üsulları ilə ölkəmizə təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan cəmiyyəti və dövləti ölkəmizə qarşı ədalətsiz, qərəzli mövqeyi heç vaxt qəbul etməyəcək". Millət vəkili onu da qeyd edib ki,  Azərbaycan müstəqil dövlətdir və özünün möhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur: "Müstəqillik illərində Azərbaycan sürətlə inkişaf edib. Azərbaycan yüksək iqtisadi inkişaf tempinə malik, əhalinin sosial müdafiəsinin təmin olunduğu demokratik ölkədir. Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox möhkəm hüquqi baza mövcuddur. Azərbaycan qanunvericiliyi tamamilə Avropada mövcud olan qanunlara uyğunlaşdırılıb, qanunların icra mexanizmləri təkmilləşdirilib. Ölkə əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir və birbaşa olaraq dövlət tərəfindən bütün şəhər və qəsəbələrə genişzolaqlı internet çəkilib, ucqar kəndlərdə belə internetdən azad şəkildə istifadə olunur. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub, kütləvi informasiya vasitələrinin inkişafına dövlət tərəfindən ciddi dəstək göstərilir. Həmçinin, vətəndaşların sərbəst toplaşmaq azadlığı tam təmin olunur və bununla bağlı çox mütərəqqi qanun qəbul olunub. Yəni sadalananlar bir daha o reallığı ortaya qoyur ki, Azərbaycan müstəqil, demokratik ölkə olaraq öz inkişafını davam etdirir və bu məsələlərlə bağlı Azərbaycana qarşı hər hansı irad tutmaq, tənqid etmək yumşaq şəkildə desək, ədalətsizlikdir. Belə olduğu təqdirdə, Azərbaycana qarşı qara-pair kampaniyalarına səbəb nədir?". Sahibə Qafarova onu da qeyd edib ki, ölkəmizə qarşı qərəzli münasibətin səbəblərini çox yaxşı bilirik: "Möhtərəm Prezidentimiz İlham Əliyev də oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edərkən bununla bağlı fikirlərini ifadə edərək Azərbaycana qarşı şər - böhtan kampaniyasının səbəblərini izah etdi. Cənab Prezident dedi ki, bizim inkişafımıza sevinməyən və ya Azərbaycanda hökmranlıq etmək arzusunda olan müəyyən dairələr ölkəmizi gözdən salmağa çalışırlar. Bunun səbəblərindən biri erməni lobbisi və diasporudur ki, o, Qərbdə böyük siyasi, ictimai və media köklərinə malikdir. Qarayaxmanın böyük hissəsi onların payına düşür. Digər tərəfdən, müəyyən QHT-lər, bizdən istədiklərini əldə edə bilməyən müəyyən xarici dairələr və Azərbaycanın müstəqil siyasət yürütməsindən, başqalarının işlərinə qarışmamasından və başqalarının da bizim daxili işlərimizə qarışmasına imkan verməməsindən narazı olanlar da bu siyahıdadır. Əlavə olaraq,  açıq etiraf etməliyik ki, bəzi dairələr çox ciddi şəkildə islamafobiyaya yoluxublar və bir sıra ölkələrə münasibətdə əfsuslar olsun ki, ədalət prinsiplərindən deyil, dini, milli ayrı-seçkilik prizmasından yanaşırlar. Bütün bunlar isə həm də o anlama gəlir ki, Azərbaycanın ünvanına səsləndirilən tənqidlər subyektiv və qərəzlidir". Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləyən ölkə olduğunu deyən millət vəkili qeyd edib ki, bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. Onun sözlərinə görə, Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib: "Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzunmüddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar. Ermənistanın terrorçu rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı da imitativ xarakterlidir. İrəvan hakimiyyəti maksimum səy göstərir ki, münaqişə dondurulmuş qalsın, status-kvo davam etsin. Lakin Azərbaycan heç vaxt buna imkan verməyəcək. Münaqişənin beynəlxalq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli bu gün Azərbaycan dövlətinin ən ümdə məqsədidir və Azərbaycan ərazi bütövlüyü mütləq bərpa olunacaq, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimizdə suveren hüquqları bərpa olunacaq. Prezident, Ali Baş komandan İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan tarixən ona məxsus olan torpaqlarda ikinci qondarma erməni dövlətinin yaradılmasına razılıq verməyəcək. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməli, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş bütün ərazilərdən qeyd-şərtsiz çıxarılmalıdır".

Füzuli 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31