Millət vəkilləri Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti ilə tanış olublar
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub.
9 Oktyabr 2017 13:04 SosialMilli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitənin üzvləri Neftçala Sənaye Məhəlləsində olublar. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə rellaşdırılan səfər zamanı Neftçala Sənaye Məhəlləsinin ofisində görüş olub və sənaye məhəlləsində görülən işlər barədə məlumat verilib, təqdimat keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə bu ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Sənaye Məhəlləsinin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və sənaye məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələr mövcuddur. Hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bundan başqa, Sənaye Məhəlləsinin rezidentləri olan müəssisələr dövlətin güzəştli krediti və investisiya təşviqi sənədi kimi dəstək mexanizmlərindən də istifadə ediblər. Belə ki, Neftçala Sənaye Məhəlləsinin 2 iştirakçısına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ümumilikdə 6,5 mln. manat dövlətin güzəştli krediti verilib. Sənaye məhəlləsinin 5 iştirakçısına isə investisiya təşviqi sənədi təqdim edilib ki, bu, həmin müəssisələrin ümumilikdə 3,6 mln. manat vəsaitə qənaət etməsinə imkan yaradıb. Neftçala Sənaye Məhəlləsində sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki kitabxana, "Startup"lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir. Sahibkarların fəaliyyətinə dəstək üçün Neftçala Sənaye Məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.