TANAP-ın tikintisi zamanı qədim məzarlar tapılıb, tikinti işləri dayandırılıb
Türkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb. “Anadolu” agentliyi xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb. Tapıntılar Kütahya müzeyinə təhvil verilib.
9 Oktyabr 2017 12:31 DünyaTürkiyədə TANAP layihəsinin inşası zamanı qədim dövrlərə aid məzarlar tapılıb. "Anadolu" agentliyi xəbər verir ki, hadisə Kütahyanın Domaniç kəndinin ərazisində baş verib. Belə ki, tikinti zamanı aparılan qazıntı işləri çərçivəsində qədim Roma dövrünə aid məzarlar üzə çıxıb. Tapıntılar Kütahya müzeyinə təhvil verilib.
TANAP yetkililəri qazıntı işlərinin dayandırılması barədə qərar qəbul edib. Əvəzində arxeoloqlar qazıntılara başlayıblar. Kütahya Müzeyinin rəhbəri Metin Türktüzün bildirib ki, TANAP layihəsinin tikintisi çərçivəsində işlər olduqca ehtiyatlı şəkildə aparılır: "İndiyədək bu bölgədə bir çox bu cür tapıntılar üzə çıxıb. Arxeloji qazıntılara rast gəlmə ehtimalı yüksək olduğuna görə, TANAP-ın tikintisi ehtiyatla aparılır". Apa.az