Səyyar ASAN xidmət beş yeni məntəqədə
Səyyar ASAN xidmət 9 – 18 oktyabr Samux şəhərində, 9 – 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 – 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər təqdim olunacaq. Bundan başqa səyyar avtobuslar 25 sentyabr – 24 oktyabr Şirvan vəXırdalanda, 29 sentyabr – 18 oktyabr Ucarda, 2 – 16oktyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi vəƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
9 Oktyabr 2017 12:20 SosialSəyyar ASAN xidmət 9 - 18 oktyabr Samux şəhərində, 9 - 23 oktyabr Şabran, Ağdaş, Qobustan, Göytəpə şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar bildirir ki, 2 - 31 oktyabr tarixlərində Xəzər rayonunun Binə qəsəbəsində səyyar formada kommunal xidmətlər təqdim olunacaq. Bundan başqa səyyar avtobuslar 25 sentyabr - 24 oktyabr Şirvan vəXırdalanda, 29 sentyabr - 18 oktyabr Ucarda, 2 - 16oktyabr Qaradağ rayonunun Lökbatan qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vəƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.