Müdafiə naziri Belarusun döyüş texnikaları ilə tanış olub

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.

Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31