“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yenidən canlanır”

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri diqqətçəkəndir. İki ildən artıq müddət idi ki, danışıqlar prosesi dalana dirənmişdi. Lakin indi proses yenidən canlanır.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri diqqətçəkəndir. İki ildən artıq müddət idi ki, danışıqlar prosesi dalana dirənmişdi. Lakin indi proses yenidən canlanır.

Bu fikirləri politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Rusiya Dağlıq Qarabağ ətrafında 5 rayonun Azərbaycana qaytarılması məsələsini gündəmə gətirib. Politoloqun fikrincə, 5 rayon məsələsi reallaşa bilər: "Amma bunun əvəzində biz də müəyyən güzəştə getməliyik. Dağlıq Qarabağın keçici statusunu qəbul etməliyik". 

Q. Hüseynli hesab edir ki, danışıqlar prosesi mürəkkəbdir, lakin müəyyən nəticələr əldə edilə bilər: "Həmsədrlərin regiona son səfəri müsbət nəticə verdi və prezidentlərin görüşünə razılıq əldə edildi".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31