Azərbaaycan bayrağı Kolumbiyada dalğalandı
Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Kolumbiyada keçirilən“Həmrəy Gənc Dünya” Sammitinin açılış mərasimində Azərbaycanın bayrağını dalğalandırıb. Bubarədə məlumat “OLAYLAR”-a Milli Şuranın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, GənclərTəşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova “Gənclərin Sağlamlıq Proqramı” fondutərəfindən təqaüd qazanaraq, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən “Həmrəy GəncDünya” (One Young World Summit 2017) Sammitində iştirak edib.
9 Oktyabr 2017 11:52 SosialGənclər Təşkilatları Milli Şurasının sədr müavini Kolumbiyada keçirilən "Həmrəy Gənc Dünya" Sammitinin açılış mərasimində Azərbaycanın bayrağını dalğalandırıb. Bubarədə məlumat "OLAYLAR" a Milli Şuranın mətbuat xidmətindən daxil olub. Bildirilib ki, GənclərTəşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova "Gənclərin Sağlamlıq Proqramı" fondutərəfindən təqaüd qazanaraq, Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən "Həmrəy GəncDünya" (One Young World Summit 2017) Sammitində iştirak edib. Sammitin məqsədi dünyanın liderlərini, siyasətçiləri, şirkət rəhbərlərini, Nobel mükafatı laureatlarını və gəncləri bir araya toplamaqdır. "Həmrəy Gənc Dünya" hər il Sammit təşkil edən və dünyanın gənc liderlərinin özündə birləşdirən platformadır. Dünyanın müxtəlif ölkələrində keçirilən Sammit minlərlə gənci birləşdirərək, dünyada baş verən qlobal dəyişiklikləri və gənclərin rolunu müzakirə etmə şansı yaradır. 3 gün davam edən Sammitdə yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf, rüşvətlə mübarizədə sosial mediyanın rolu, ətraf mühitin 21-ci əsrdə qorunması, qlobal problemlərin həllində bizneslərin sosial məsuliyyəti, dünyada yaşayan milli azlıqlar və onların insan hüquqları, gənclərin əmək bazarına çıxışını təmin edən təhsil, dünyada sülh mövzuları üzrə dünya liderləri tərəfindən panel çıxışları və müzakirələr aparılıb.