"Qəbələ" "Neftçi"yə qalib gəldi

Azərbaycan Premyer Liqada milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Qəbələ" yoxlama oyunu keçirib.

Roman Qriqorçukun komandası "Neftçi" ilə qarşılaşıb. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı təlim-məşq bazasında keçirilən matçda "Qəbələ" 2:1 hesabı ilə qalib gəlib.

7 oktyabr

Yoxlama oyunu

16:00 "Neftçi" - "Qəbələ" - 1:2
Qollar: Elvin Məmmədov, 22 (0:1), Famussa Kone, 57 (0:2), Mirabdulla Abbasov, 87 (1:2) Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31