YUNESKO yeni baş direktor seçir

Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək. Gizli səsvermənin ilk turu bu gün baş tutacaq. Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var. Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Bu gün Parisdə YUNESKO-nun İcraiyyə Şurasının (İŞ) 202-ci sessiyası çərçivəsində təşkilatın yeni baş direktoru vəzifəsinə səsvermə keçiriləcək. Gizli səsvermənin ilk turu bu gün baş tutacaq.

Namizədlər arasında Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlu da var.

Namizədlərdən heç biri İŞ-nin tələb olunan ən azı 58 üzvünün səsini qazana bilməsə, səsvermə həftə ərzində növbəti dörd mərhələ ilə davam edəcək.

Qalibin oktyabrın 13-dən gec olmayaraq açıqlanacağı gözlənilir.

İŞ tərəfindən təyin olunan namizəd 10 noyabrda  təsdiq ediləcək.

Yeni baş direktorun səlahiyyətlərinin icrasına noyabrın 15-dən başlayacaq. O, iki dördillik müddətdə YUNESKO-ya rəhbərlik etmiş bolqarıstanlı İrina Bokovanı əvəzləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31