Kim Çen İn bacısını yeni vəzifəyə gətirdi
8 Oktyabr 2017 16:19 DünyaŞimali Koreya lideri Kim Çen İn bacısı Kim Yo Conqu ölkənin ən yüksək qərarverici orqanı olan İşçi Partiyasının İdarə Heyətinə gətirib.
O, bu vəzifədə xalasını əvəz edəcək.
Dövlət idarəsində də bəzi dəyişikliklər edilib. Belə ki, xarici işlər naziri Ri Yonq Hoya İdarə Heyətində səsvermə hüququ verilib.
Xatırladaq ki, Kim ailəsi ölkəni Şimali Koreyanın qurulduğu 1948-ci ildən idarə edir. Qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31