Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sitalçay qəsəbəsi ərazisində Zəka Nağıyev idarə etdiyi "Mersedes" markalı avtomobili yol ayırıcına vurub.
Nəticədə sürücü hadisə yerində, sərnişini - anası Elnarə isə xəstəxanaya aparılarkən yolda ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Publika.az