Muğam Mərkəzində Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək
Oktyabrın 10-u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək. Olaylar bildirir ki, gecədə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq. Ansamblın bədii rəhbəri Xalq artisti Ənvər Sadıqovdur.
6 Oktyabr 2017 23:28 MədəniyyətOktyabrın 10-u saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.
Olaylar bildirir ki, gecədə Azərbaycan Televiziyası və Radiosunun "Qaytağı" instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq. Ansamblın bədii rəhbəri Xalq artisti Ənvər Sadıqovdur. Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artist Lalə Məmmədova, İlkin Əhmədov, Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov,Taleh Yəhyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov və "Sevil" vokal kvarteti çıxış edəcək.