Maradona qızlarını məhkəməyə verəcək
7 Oktyabr 2017 19:21 DünyaArgentinalı əfsanəvi futbolçu Dieqo Maradona qızları Calma və Canninanı məhkəməyə verəcək.
Qızlar atasının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt sterlinq vəsait köçürüb.
Nəşrdə qeyd olunub ki, 56 yaşlı argentinalı artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb. Məlumata görə, bu işdə Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanenin də əli ola bilər.
Xatırladaq ki, sonuncunu Maradona 2015-ci ildə məhkəməyə verib və sabiq xanımının 9 milyon dollar mənimsədiyini iddia edib. Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31