Pərvinin “Səhnə”si təqdim olunacaq

Oktyabrın 9 – da saat 14:00-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin “Səhnə” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı gözlənilir. “Səhnə” kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb.

Oktyabrın 9 - da saat 14:00-da Gənc Tamaşaçılar Teatrında istedadlı yazıçı-dramaturq Pərvinin "Səhnə" adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək. Təqdimat mərasimində teatr xadimlərinin, yazıçıların, media nümayəndələrinin iştirakı gözlənilir.

"Səhnə" kitabında müəllifin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb. Müəllif bu yazılarda bəzən tamaşaçı, bəzən tənqidçi, bəzən də dramaturq kimi çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31