Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermələri çox vacibdir

 ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər.

Deputat: "Bu probleminə göz yumanlar sabah özlərini problemin içərisində hiss edəcəklər"
 

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer, İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Bundan başqa, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub. Millət vəkili Aydın Mirzəzadə deyib ki, çox istərdim ki, həmsədrlərin regiona budəfəki səfərində Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması məsələsi ciddi şəkildə müzakirə edilsin. Həmsədrlər artıq vasitəçi deyil, problemi həll edən ciddi quruma çevrilsinlər. Deputat bildirib ki, 3 həmsədr BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün böyük bir hissəsidir: "Onların sözü mövqeyi dünyada çox böyük əhəmiyyət daşıyır. Buna görə də onların vaxtaşırı regiona səfər edərək sadəcə olaraq dövlət başçılarını görüşdürmək istəməsi hesab edirəm ki, öz vəzifələrini tam yerinə yetirməməsi deməkdir. Çox istərdik ki, həmsədrlər budəfəki səfərlərində Azərbaycanın ərazi bütövlüyü məsələsini konkret olaraq ortaya qoysunlar. Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etsinlər. Əgər bunu etməsələr, beynəlxalq hüququn buna təsir etmək üçün ciddi mexanizmləri var". A.Mirzəzadə qeyd edib ki, səfər zamanı Azərbaycan Ermənistanın işğalının acı nəticələrinin artıq tək ölkəmiz üçün deyil, dünya üçün də böyük fəsadlar törətdiyini həmsədrlərin diqqətinə çatdıracaq: "Bu gün Azərbaycanın probleminə göz yumanlar sabah özlərini bu problemin içərisində hiss edəcəklər. Ona görə də həmsədrlərin indidən Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermələri çox vacibdir".
Məlumat üçün qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabrın 7-də Azərbaycana gələcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31