Türkiyənin Baş naziri İraqa səfər edəcək
İraqın Baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri B.Yıldırım bəyan edib. O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.
6 Oktyabr 2017 16:04 Dünyaİraqın Baş naziri Heydər əl-Abadi türkiyəli həmkarı Binəli Yıldırımı Bağdada səfərə dəvət edib. Məlumata görə, bu barədə Türkiyənin Baş naziri B.Yıldırım bəyan edib. O qeyd edib ki, hazırda İraqa səfərinin tarixi müəyyənləşdirilir.
B.Yıldırım bildirib ki, Ankara xüsusilə İraqın kürd muxtariyyətində müstəqillik haqqında qanunsuz referendumun keçirilməsindən sonra Bağdadla münasibətlərin inkişafında maraqlıdır. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31