Hicran Hüseynova AŞ-ın ölkəmizdəki Ofisinin rəhbəri ilə görüşüb

6 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyer ilə görüşü keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, Komitənni fəaliyyəti barədə məlumat verən H.Hüseyova bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəib ki.ş vidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini, cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.

6 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyer ilə görüşü keçirilib. Komitədən "Olaylar"a verilən məlumata görə, Komitənni fəaliyyəti barədə məlumat verən H.Hüseyova bildirib ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəib ki.ş vidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır. Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini, cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.
Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin yeni rəhbəri Zoltan Hernyer səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31