Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 17-ci yeri tutub
Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir.
6 Oktyabr 2017 15:25 SosialDünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda
Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin getdikcə əhəmiyyətli şəkildə artmasına imkan verib. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşan Azərbaycanın eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutması bunu bir daha təsdiq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bununla da Azərbaycan əmək bazarının səmərəliliyi üzrə hesabatda əksini tapan sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb. Əmək bazarının səmərəliliyi üzrə ölkəmizin mövqeyinin dünyanın ən mötəbər reytinqində yaxşılaşması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin respublikamızın dayanıqlı inkişafını təmin etməklə yanaşı, əmək bazarında da davamlı inkişaf meyllərinə şərait yaratdığını göstərir. Ötən dövrdə dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasında və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayıb.