Avtomobil qaçıran saxlanıb
Oktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində “NAZ Lifan” markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. DİN-dən “Olaylar”a verilən mlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib.
6 Oktyabr 2017 15:28 KriminalOktyabrın 5-də Tərtər şəhər sakini Sərxan Əlizadə saat 14 radələrində "NAZ Lifan" markalı avtomobilinin qaçırılması barədə Rayon Polis Şöbəsinə müraciət edib. DİN-dən "Olaylar"a verilən mlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib və DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin paytaxt ərazisində hərəkətdə olması müəyyən edilib. Bakı BPİ-nin Dövlət Yol Polis İdarəsi və Nizami RPİ-nin 25-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə avtomaşın Q.Qarayev prospektində saxlanılıb və onu idarə edən şəxs adıçəkilən polis bölməsinə gətirilib. Araşdırmalarla onun S.Əlizadənin qardaşı, Tərtər rayon sakini Sərvan Əlizadə olduğu məlum olub. Faktla bağlı Tərtər RPŞ tərəfindən araşdırma aparılır.