Həmsədrlər Ermənistanın xarici işlər naziri ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer,  İqor Popov, Stefan Viskonti vəATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər ediblər. Diplomatlar Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdə tərəflər Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkilini müzakirə ediblər. Bundan başqa, münaqişə zonasındakı vəziyyət, problemin sülh yolu ilə nizamlanmasına dair səylər müzakirə olunub. Apa.az "aysor.am" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31