Azərbaycanlı tələbə “XIX Ümumdünya Festivalı”nda iştirak edəcək

14-22 oktyabr  tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində “XIX Ümumdünya Festivalı” keçiriləcək. Olaylar bildirir ki, 150 ölkədən 20000-dən artıq iştirakçının qatıldığı festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılığın istənilən sahəsi ilə məşğul olan gənc və tələbələr arasında Mədəniyyət və İncəsənət Universitetinin Kino və teleziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alacaq.

14-22 oktyabr  tarixlərdə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində "XIX Ümumdünya Festivalı" keçiriləcək.

Olaylar bildirir ki, 150 ölkədən 20000-dən artıq iştirakçının qatıldığı festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir. Elm, təhsil, mədəniyyət, idman, informasiya texnologiyaları və digər yaradıcılığın istənilən sahəsi ilə məşğul olan gənc və tələbələr arasında Mədəniyyət və İncəsənət Universitetinin Kino və teleziya fakültəsinin IV kurs tələbəsi Könül Şahmar da yer alacaq.

Festival BMT-nin XVII davamlı inkişaf proqramı vasitəsilə həyata keçirilir və əsas altı dili - ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri üzrə əhatə edəcək. Festival proqramı gənclər arası siyasi və aktual məsələlər, idman yarışları, mədəni və bir çox yaradıcı tədbirlər üzrə açıq müzakirələri, habelə mədəniyyət və qloballaşma, qlobal iqtisadiyyat, bilik iqtisadiyyatı, ictimai qurumların inkişafı, siyasət və beynəlxalq təhlükəsizlik mövzularını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31