ICAN Nobel Sülh mükafatına layiq görüldü
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşkilat nüvə silahlarının istifadəsi zamanı baş verən faciəvi nəticələrə diqqət cəlb etməsi sahəsində gördüyü işlərə və bu kimi silahlardan istifadəni qadağan edən müqavilələrin hazırlanması istiqamətindəki səylərinə görə 2017-ci il üçün Nobel Sülh mükafatına layiq görülüb. Qeyd edək ki, bu il üçün Nobel Sülh mükafatına 318 namizəd irəli sürülmüşdü. Namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxil idi.
6 Oktyabr 2017 15:00 DünyaNüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Təşkilat nüvə silahlarının istifadəsi zamanı baş verən faciəvi nəticələrə diqqət cəlb etməsi sahəsində gördüyü işlərə və bu kimi silahlardan istifadəni qadağan edən müqavilələrin hazırlanması istiqamətindəki səylərinə görə 2017-ci il üçün Nobel Sülh mükafatına layiq görülüb.
Qeyd edək ki, bu il üçün Nobel Sülh mükafatına 318 namizəd irəli sürülmüşdü. Namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxil idi.
Keçən il isə Kolumbiyanın Prezidenti Xuan Manuel Santos Nobel Sülh mükafatının laureatı seçilmişdi. O, bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülmüşü.