“Muğam axşamları” layihəsinin ikinci mərhələsi

Oktyabrın 11 – də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsinin ikinci mərhələsinin ilk konserti olacaq. Olaylar bildirir ki, konsert “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq. Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Oktyabrın 11 - də Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" layihəsinin ikinci mərhələsinin ilk konserti olacaq. Olaylar bildirir ki, konsert "Mahur-hindi" və "Bayatı-kürd" muğamlarına həsr olunacaq.

Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.

Qeyd edək ki, icrasına cari ilin may ayında "Rast" muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti noyabrın 1-də "Orta mahur" və "Rahab" muğamlarının səslənməsi ilə davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31