Mübariz Əhmədoğlu: "Dağlıq Qarabağda həqiqətən Türkiyə vətəndaşları var, biznes fəaliyyəti ilə də məşğuldurlar"- ŞOK AÇIQLAMA
"Dəfələrlə olub ki, Türkiyədə rəsmi qeydiyatdan keçmiş şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstəriblər. Bundan bizim bəzi qrumlarımız xəbərdar olublar. Amma Türkiyədi deyə, susmuşuq".
6 Oktyabr 2017 14:45 Siyasət"Dəfələrlə olub ki, Türkiyədə rəsmi qeydiyatdan keçmiş şirkətlər Dağlıq Qarabağda fəaliyyət göstəriblər. Bundan bizim bəzi qrumlarımız xəbərdar olublar. Amma Türkiyədi deyə, susmuşuq". Bunu açıqlamasında politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Türkiyənin Azərbaycana qarşı günahını, xətasını bağışlamışıq: "Heç onu mətbuata da yeri gəlsə çıxartmamışıq. Mən sizə deyirəm ki, hal-hazırda Dağlıq Qarabağda həqiqətən Türkiyə vətəndaşları var, biznes fəaliyyəti ilə də məşğuldurlar. Rusiyalı blogger var, Novak, onu oxuyun, o yazır ki, artıq Türkiyə dəmirçiləri bazarda Dağlıq Qarabağın özündən olan ermənilərə ciddi rəqabət təşkil edirlər. Yəni, görün Türklərin Dağlıq Qarabağdakı fəaliyyəti nə səviyyədədir ki, hətta bazarda belə Türkiyədən dəmrçilər gəlib işləyirlər. Dağlıq Qarabağdan söhbət gedir. Bizim də günahımız orasındadır ki, biz lazımi diqqət ayırmamışıq".
Politoloqun sözlərinə görə, Türkiyə ilə bağlı bəzi məsələləri şişirtməkdən çəkinmişik: "Bəzilərimiz qorxur, bəzilərimiz hörmət edir, amma fikirləşmir ki, əgər hörmət lazımdırsa, bəs niyə Türkiyə vətəndaşları bizə qarşı hörmət eləmirlər? Ona görə də o Türkiyə vətəndaşının Dağlıq Qarabağla bağlı nə deyibsə bu düzgündür. Mən də təsdiq edirəm. Amma biz Dağlıq Qarabağ məsələsinə haram qatmamalıyıq. Yəni o şəkildə ki, Avropa insanlarını tənqid edirik, Dağlıq Qarabağa getdiyinə görə cəzalandırırıq, qara siyahıya salırıq, o şəkildə ki, İranı, Rusiyanı Dağlıq Qarabağla əlaqələrinə görə tənqid edirik, eynilə o qaydada da Türkiyəni və Türkiyə vətəndaşlarını da tənqid etməliyik, yeri gəlsə imkanlarımızdan istifadə edib cəzalandırmalıyıq. Çox vacib məsələlərdən biri də odur ki, bizim Türkiyə üzrə işləyən o ekspertlərimiz, deputatlarımız məsələnin bu tərəfini belə deyək ki, gərək əvvəldən nəzərdə tutaydılar. Mən elə başa düşürəm onlar bilirdilər ki, Ermənistanın Türkiyədə mövqeyi çox güclüdür, Ermənistan Türkiyədə hədsiz çox iş görə bilir. Mən sizə bir söz deyim, yəni bu təkcə Türkiyə vətəndaşlarının işi deyil. Türkiyədə Ankaranın rolu olan iki məsələ var, yəni bu Rəsmi Ankaranın rolunu sübut edir. Birincisi Ermənistanın NATO ilə əlaqələridi. Yəni bilirsiz ki, NATO konsesu əsasında işləyən qurumdur. Əgər Türkiyə NATO-nun üzvü olaraq veto qoysa, yəni səs verməsə, razılıq verməsə, NATO Ermənistana bir sent də olsa pul ayıra bilməz. Demək NATO ilə bu dəqiqə Ermənistana, şəxsən Ermənistanın ictimai - siyasi mühitinə külli miqdarda pul gəlir. Deməli Türkiyənin razılığı ilə gəlir. Eləcə də ikinci misal, siz təsəvvür edin, Almaniya Bundestaqında erməni soyqırımının qəbul olunmasında çox yaxından iştirak edən bir arxiyepiskop var, keşiş erməni Apostol kilsəsinin Almaniya təmsilçisi idi, Gök Sıyan. İndi o gəlib bu dəqiqə, Kanstantinopol patriarxına, yəni Türkiyədəki ermənilərin kilsəsinə başçılıq eləmək istəyir. Bu gün-sabah da başçılıq edəcək. Orada o dini icmaların hamısının seçkisi, dövlətin, hakimiyyət orqanlarının iştirakı ilədir. Türkiyədən söhbət gedir. Hələ bu günə qədər mən bir dənə Türkiyə rəsmisin görməmişəm ki, Gök Sıyana desin ki, sən niyə əvvəlki patriarx Aram Ateşyanı yıxırsan? Arem Ateşyan elə bil ki, Türkiyə hökumətinin əl ermənisi idi də. Türkiyə hökuməti nə deyirdisə Arem Ateşyan da o istiqamətdə danışırdı. İndi Türkiyə hökumətinin əlində olan ermənini Almaniyadan gələn erməni yıxır, rəsmi Ankara da bir dənə də olsun münasibət bildirmir. Mən sizə əlavə də bir misal deyim ki, hal-hazırda erməni ekspertləri iddia edirlər ki, Türkiyə üçün Azərbaycan və Ermənistan eynidir, yəni bərabərdir. Yəni bu bizimçün faciədir. Bunu bizim mətbuatımız da, rəsmilərimiz də görməlidi, bilməlidi. Yəni bu işin qabağında bütün Türkiyə üzrə işləyən blokumuz, hamımız, o cümlədən, mən də, hamımız, belə deyək, məsuliyyətimizi boynumuza götürməliyik və çalışmalıyıq ki, qısa müddətdə bu məsələ aradan qaldırılsın". Sia.az