Qəbələdə yeni məhkəmə binasının açılışı olub
Oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
6 Oktyabr 2017 13:28 SosialOktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.900 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Həmçinin, təqsirləndirilən şəxslərin təhlükəsiz daşınması və saxlanması üçün hər cür şərait yaradılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait vardır. Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.