Azərbaycanı sınağa çəkirlər

Dünyanın geosiyasi sferasında keçən əsrin ortalarından bu günə qədər olan mürəkkəb və qlobal ictimai-siyasi şərait içərisində imperialist və imperializmin havadarları olan region dövlətlərinin demokratiya şüuarı altında nüfuzu müstəviyə daşıdıqları təsir olayaları çərçivəsində yaranan qlobal iqtisadi böhran davam etməkdədir.

Dünyanın geosiyasi sferasında keçən əsrin ortalarından bu günə qədər olan mürəkkəb və qlobal ictimai-siyasi şərait içərisində imperialist və imperializmin havadarları olan region dövlətlərinin demokratiya şüuarı altında nüfuzu müstəviyə daşıdıqları təsir olayaları çərçivəsində yaranan qlobal iqtisadi böhran davam etməkdədir. Artıq biz iqtisadi böhran siyasi müstəviyə də qədəm qoyub və dünyanın supergücləri məhz siyasi təsir vasitələrindən istifadə edərək ayrı-ayrı ölkələrə təzyiq göstərir, daha çox da iqtisadi təzyiqlər edərək həmin ölkələrin iqtisadi inkişafını zəiflətməyə, ləngitməyə çalışırlar. Bu mənada Qərbin Rusiyaya qarşı həyata keçirdiyi təzyiq vasitəsi, sanksiyaları xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, hazırkı situasiya ondan ibarətdir ki, müstəqil şəkildə siyasət yürüdən, öz yolu ilə inkişaf yolu keçən, Qərbin, Avropanın yerli-yersiz tələblərini yerinəö yetirməyə, nəzərə almayan dövlət və ölkələrə qarşı dərhal qarayaxma, hücum kampaniyası işə düşür. Hazırlanan hesabatlarda, bəyanatlarda həmin ölkə əsas tənqid hədəfi kimi götürülür. Çox təəssüflər olsun ki\, günümzdə Azərbaycan da belə bir problem yaşayır. Ölkəmizin müstəqil şəkildə inkişafı, əsassız təşəbbüslər və tələbləri icra etməməsi, Qərbə, Avropaya boyun əyməməsi bizə qarşı təzyiqləri artırır. Lakin bir müsbət məqam ondan ibarətdir ki, ölkəmizə qarşı həyata keçirilən bu çirkin kampaniya heç bir məntiqə əsaslandırmadığı üçün sabun köpüyü, bumeranq effekti verir. Bu günlərdə Bakıda Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Azərbaycan Prezidentinin avropalı qonaqlara verdiyi mesajlar və tutarlı cavablar belə bir effekt təsiri bağışlayırdı.

Millət vəkili Elman Nəsirov hesab edir ki, Azərbaycana qarşı hücumlar, əsassız ittihamlar ölkəmizin müstəqil siyasət kursu həyata keçirməsi ilə bağlıdır. Onun sözlərinəö görə, dəfələrlə müəyyən beynəlxalq siyasi dairələr, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası tərəfindən Azərbaycana qarşı təzyiqlərin şahidi olmuşuq. Son zamanlar antiazərbaycan kampaniyasının Avropa Şurasının rəhbərliyi səviyyəsində daha da intensiv xarakter aldığını görürük. 

Siyasi ekspert Samir Zeynalov da bu qənaətdədir. Onun sözlərinə görə, ölkəmizə təsir etmək istəyən xarici dairələr daxildəki dövlətçilik əleyhinə fəaliyyət göstərən qüvvələrdən də istifadə etməyi bacarırlar: " Bu baxımdan müxtəlif daxili və xarici, demokratik daxili abu-havadan sui-istifadə edən qüvvələr sosial inkişaf və sabitlik dəyərlərini özündə yüksək səviyyədə ehtiva edən ölkələrin inkişafına qarşı əngəllər, müxtəlif ölkələrdə- xüsusilə də Cənubi-Şərqi Asiya ölkələrində inqilabi dəyişikliklərlə viranedici, insan itkiləri ilə yadda qalan sosial həyat ehtiva etməyən acınacaqlı həyat tərzini bərqərar edə biləcək siyasi kampaniyalar həyata keçirməkdədirlər. Azərbaycan; 24 illik müstəqillik həyatını yaşayan, "Əsrin Müqaviləsi" ilə uğurlu neft strategiyasını həyata keçirən, Avropanın enerji təhlükəsizliyində maraqlı olan, regionun super dövlətinə çevirilmiş, ictimai-siyasi sabitliyə və artan xətt üzrə iqtisadi inkişafa, demokratik dəyərlərin tərəqqisinə, insan hüquq və azadlıqları çərçivəsində nümunəvi vətəndaş cəmiyyəti formalaşdırmağı bacarmış bir ölkədir. Həmçinin, məhkəmə-hüquq sistemini və hakimiyyətin 3 qola bölünməsi prinsipini rəsimləşdirərək intelektula təkamül yoluna cəlb edən, siyasi plüralizmin, mətbuat azadlığının, fəal internet istifadəçiliyinin mövcud olduğu demokratik, paytaxtı davamlı inkişafa malik dövlətdir. Təəssüflər olsun ki, bütün bunları, eləcə də ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələrinin tərəfindən işğal altında olmasını görməyən, görmək istəməyən, hüquqları aşkarcasına tapdalanan- 1 milyondan artıq qaçqını düşünməyən Qərbin, Avropanın ədalət carçıları bu gün ölkəmizdə insan hüquq və azadlıqlarından dəm vurur, izə irad tuturlar".

Samir Zeynalov deyib ki, terrorizim, lokal antoqonist qüvvələrin qeyri-kompromis davranışlarından ağır zərər görən sivil cəmiyyətlərin sosial sabitlik problemi, islamafobiya, dini və siyasi radikalizim, aneksiya, insan hüquq və azadlıqları ilə bağlı konseptual konvensiyaların icrasında qeyri- hüquqi-işlək olmayan vəziyyət arzuedilməzdir. Həmçinin o qeyd edib ki, ideal demokratik dəyərlər fonunda ictimai asayişin keşiyində duran fövqəl hakimiyyət qüvvələrinin şəxsiyyətin toxunulmazlıq hüquqlarına qarşı sərt biganəliyi və sivil həyatla bağlı yaranmış aktual problemlər -diplomatik münasibətlərdə xoşməramlı dinamik inkişaf, daxili vəziyyətində ictimai-siyasi sabitliyini bərqərar etmiş müstəqil dövlətlərlə bağlı yeni və qərəzli sınaqları meydana gətirir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31