Gündəm
İş adamının 17 yaşlı oğlunun məhkəməsi başladı - Şəhid qızını öldürüb...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi başlayıb.
Putin haqqında film çəkmək istəyirlər
Hindistanın kino mərkəzi Bollivudda fəaliyyət göstərən rejissorlardan biri - "Dharma Productions" şirkətinin rəhbəri Kartan Cohar Rusiya prezidenti Vladimir Putin haqqında film çəkmək istədiyini bildirib. Rejissor bu filmin istənilən dildə uğur qazana biləcəyini deyib. K.Cohar bundan başqa, rusiyalı həmkarları ilə birgə Rusiyada film çəkmək arzusunda olduğunu da deyib.
BMT nümayəndəsi Karasinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib
Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.
Novruz Məmmədov: "Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb"
Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda 30-a yaxın görüşü və panel iclaslarda iştirakı planlaşdırılıb. Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Twitter"dəki səhifəsində yazıb.
14 mindən artıq borclunun ölkədən çıxmasına qadağa qoyulub
“Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub”. “Olaylar” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev deyib.
5 nəfər ədliyyə orqanlarından xaric edilib
Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Dövlət qulluğuna qəbul üçün qeydiyyat başlayır
Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib. Dövlət İmtahan Mərkəzindən (DİM) “Olaylar”a verilən məlumta görə, DİM tərəfindən fevralın 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu yanvarın 23-dən fevralın 12-dək davam edəcək.
Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, işçi qrupunun üzvü Fuad Muradov bildirib ki, Almaniya ilə dostluq qrupu Milli Məclisdə fəaliyyət göstərən ən böyük qruplardan biridir. Milli Məclislə Bundestaq arasında səmərəli əməkdaşlıqdan danışan millət vəkili Bundestaqda Azərbaycanla dostluq qrupu üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Almaniya xalqı Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş qərarları dəstəkləyir.
Bakıda səsyazma studiyası yanıb
Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 350 m2 olan ikimirtəbəli, mansarda tipli tikilidə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə. Nəticədə binanın 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 m2 sahədə və 1 ədəd qapı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Qeyd edək ki, tikili səsyazma studiyası kimi fəaliyyət göstərib.
"Qış məktəbi" təqaüd proqramı üzrə təlim keçirilir
Yanvarın 23-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlimi başlayıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, tədbir Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Komitə sədri Kürdəmirdə qəbul keçirəcək
26 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Kürdəmir rayonunda saat 11:30-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab, İmişli, Kürdəmir rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
Kosmosda ABŞ-a qarşı yeni cəbhə AÇILIR
Avropa İttifaqı ABŞ-ın peyk sistemlərinin məlumatlarına güvənə bilməz. Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqerini Brüsseldə Avropanın kosmik siyasəti üzrə konfransda deyib. Onun sözlərinə görə, Avropa İttifaqı şəxsi kosmik müşahidə və kəşfiyyat sistemlərini yaratmalıdır.
BDU-nun işçisi işdən qovuldu – Səs yazısına görə – VİDEO
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadənin təhqir etdiyi laborant işdən qovulub. Bu barədə qovulan laborant Vüsal Yüzbaşyev özü məlumat verib. O bildirib ki, yanvarın 18-də işdən çıxarılıb: “Məlum hadisədən artıq yəqin ki, xəbərdarsınız. Təxminən 1 ay bundan əvvəl BDU-da Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə mənə hədə-qorxu gəlmiş, təhqir etmiş, şəxsiyyətimiz alçaldıcı sözlər demiş, qanunlarımızı təhqir edib. Bütün bunlar səs yazısından məlum olur.
ABŞ-da güclü zəlzələ baş verdi - Sunami XƏBƏRDARLIĞI
Rusiyada zibil qablarının bayrağımıza boyanmasına millət vəkilindən GÖZLƏNİLMƏZ REAKSİYA
Rusiyanın paytaxtı Moskvada zibil qabları Azərbaycan bayrağının rəngləri ilə boyanıb. Bu barədə məlumatı sosial şəbəkədə Moskvada yaşayan soydaşımız Pərviz Səfərov paylaşıb. Onun sözlərinə görə, “Mega” Ticarət Mərkəzində zibil qabları müxtəlif rənglərlə boyanıb, bəzi qutuların üzərindəki rənglər və onların ardıcıllığı Azərbaycan bayrağı ilə eynidir.














