5 nəfər ədliyyə orqanlarından xaric edilib
Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
23 Yanvar 2018 15:17 Sosial31 əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət etdiyini söyləyib.Müşavirədə görülən tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Bildirilib ki, 2017-ci ildə fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə xidmətin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.