BMT nümayəndəsi Karasinlə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər.

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə müzakirələrinin həmsədri vəzifəsini icra edən Levent Bilman Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə ediblər. Söhbət zamanı tərəflər münaqişənin həlli problemlərinə toxunub, o cümlədən Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrinə xüsusi diqqət ayırıblar.

"L.Bilman həmçinin Rusiya XİN-in müvafiq departamentlərində qəbul edilib, onunla Ukraynanın şərqindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də BMT-nin münaqişələrin qarşısının alınmasında rolunun vurğulanması ilə ümumi sülh və təhlükəsizlik məsələləri müzakirə edilib", - nazirliyin məlumatında deyilir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31