Komitə sədri Kürdəmirdə qəbul keçirəcək
26 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Kürdəmir rayonunda saat 11:30-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab, İmişli, Kürdəmir rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.
23 Yanvar 2018 14:58 Sosial26 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Kürdəmir rayonunda saat 11:30-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab, İmişli, Kürdəmir rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Kürdəmir rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.