Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşüblər. MM-dən “Olaylar”a verilən məlumata görə, işçi qrupunun üzvü Fuad Muradov bildirib ki, Almaniya ilə dostluq qrupu Milli Məclisdə fəaliyyət göstərən ən böyük qruplardan biridir. Milli Məclislə Bundestaq arasında səmərəli əməkdaşlıqdan danışan millət vəkili Bundestaqda Azərbaycanla dostluq qrupu üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Almaniya xalqı Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş qərarları dəstəkləyir.

Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşüblər. MM-dən "Olaylar"a verilən məlumata görə, işçi qrupunun üzvü Fuad Muradov bildirib ki, Almaniya ilə dostluq qrupu Milli Məclisdə fəaliyyət göstərən ən böyük qruplardan biridir. Milli Məclislə Bundestaq arasında səmərəli əməkdaşlıqdan danışan millət vəkili Bundestaqda Azərbaycanla dostluq qrupu üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, Almaniya xalqı Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı beynəlxalq səviyyədə qəbul olunmuş qərarları dəstəkləyir.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke bildirib ki, Almaniyada son parlament seçkilərindən sonra yeni hökumətin, eyni zamanda, parlamentdə komitələrin və dostluq qruplarının formalaşdırılıması işi hələ davam edir. Diqqətə çatdırıb ki, yeni Federal hökumət hazırki siyasətini davam etdirəcək. Bu, o deməkdir ki, Almaniya dövləti, hər zaman olduğu kimi, Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Qeyd edilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin bağlanması ilə əlaqədar danışıqlar aparılır. Almaniya bu danışıqları dəstəkləyir. Almaniyalı qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq, bu məsələdə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31