Gündəm
Jan Klod Vandam hansı türk aktyorunu filmə dəvət etdi?
Uşaqlar üçün müsabiqə - “Şəhid şəhər”
Bakıda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub. Rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İordaniya rəsmiləri ilə görüşüb
İordaniya Kralı II Abdullanın dəvətilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyətini İordaniya şahzadəsi Əl Hassan bin Talal, Senatın prezidenti Faisal El-Fayez və Xarici işlər naziri Ayman Safadi qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İordaniya rəsmilərilə görüşlərdə əsasən, Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.
Danimarkadakı Türkmən Ocaqlarında 20 Yanvar faciəsi qeyd edilib
Danimarkada fəaliyyət göstərən Türkmən Ocağında qanlı Yanvar faciəsi ilə bağlı tədbir təşkil olunub. Bu barədə məlumatı “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. Bildirib ki, tədbiri Türkmən Ocaqlarının sədri Yurtan bəy açaraq tədbir iştirakçılarını salamlayıb.
Energetika Nazirliyi icazələri "ASAN Xidmət"ə həvalə olunub
Sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılması, prosesin asanlaşdırılması məqsədi ilə Azərbaycan Energetika Nazirliyi tərəfindən müvafiq icazələr fevralın 1-dən “ASAN Xidmət” mərkəzləri vasitəsilə veriləcək.
“Zeytun budağı” əməliyyatında Türkiyəyə QARA XƏBƏR
Türkiyə Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında daha bir şəhid verib. Ökənin xarici işlər naziri Mövlud Çavuşoğlu Oğuz Kaan Ustanın şəhid olduğunu bildirib.
"Tənqid yazmaq reketlik deyil..." – Əflatun Amaşovdan MÜSAHİBƏ
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı... Əflatun Amaşov təmsil olunduğu hər iki institutla bağlı baş vesən proseslərdə fəallığı ilə seçilir. Haqqında narazılıqlar da olmamış deyil. Bu müsahibəmizdə gördüyü işləri necə çatdırmasından, görmədiyi işləri niyə görməməsindən danışdıq.
Dağlıq Qarabağ tənzimlənməsində praktiki mərhələ başlayır?
Cari ilin ilk aylında Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik aktivlik artsa da, lakin Krakov görüşü bir daha sübut etdi ki, bütün diplomatik səylərə baxmayaraq hələlik problemin həllinə nail olmaq mümkün deyil. Bunun isə başlıca səbəbi işğalçı Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe və arqessiyadır.
Siyavuş Novruzov: "Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur"
Ümumiyyətlə, 2017-ci il Yeni Azərbaycan Partiyasının həyatında çox uğurlu bir il kimi yadda qaldı. Həm partiyanın yaranmasının 25 illiyi idi, həmçinin ötən il hər hansı bir seçki olmadığı üçün partiya quruculuğu ilə bağlı, partiyanın maddi-texniki bazasının güclənməsi və kadr bazasının formalaşması ilə əlaqədar müvafiq addımlar atıldı. Partiyanın İdarə heyətinin qərarına uyğun olaraq, partiyanın şəhər və rayon təşkilatlarının konfransları keçirildi. Qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının 84 rayon və şəhər təşkilatı var və o cümlədən, Naxçıvan Muxtar Respublikası təşkilatı var. Partiyanın 7500-ə yaxın ilk partiya təşkilatı fəaliyyət göstərir. Partiya Azərbaycan Respublikasının Milli Məclisində 71 deputat, Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 41 deputat, bələdiyyə məclislərində isə 10 mindən yuxarı üzv ilə təmsil olunur. Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib və hesabat dövründə 24 min nəfərdən çox yeni üzv qəbul edilib. Beləliklə, partiya üzvlərinin sayı 710 min nəfəri keçib və sevindirici haldır ki, partiyaya daxil olan üzvlərin böyük əksəriyyəti gənclərdir.
Şəhid olan gizirin vəsiyyəti tapıldı: "Dövlətin ayırdığı pul ilə..."
Əclaf olduğunu etiraf edən adam: ermənilərə satılan azərbaycanlı
Doğuşdan sonrakı ən böyük problem - Qadınların 70 faizi...
"Satış və marketinq sahəsində çalışdığım üçün hamiləlik müddəti də daxil olmaqla hər zaman tədbir və seminarların istər təşkilati tərəfində, istərsə də iştirakçısı olmuşam. Bundan başqa, aktiv bir sosial həyatım olub. Ancaq doğuşdan sonra öyrəşdiyim həyatım, fəaliyyətlərim, demək olar ki, sıfıra düşdü. Və bunun nəticəsində də məndə dərin depressiyaya yaranmağa başladı".
Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu
Yanvar ayında kiçik Həcc ziyarəti (Ümrə) üçün Azərbaycanda nəzərdə tutulan səfər ləğv olunub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsindən bildirilib.
Cənubi Qafqazda yeni təhlükəli MACƏRA BAŞLAYIR - ABŞ-dan təhlükəli ADDIM
ABŞ Gürcüstana “Javelin” tank əleyhinə kompleksləri çatdırıb. Bu haqda Gürcüstanın müdafiə naziri Levan İzoriya ABŞ-ın bu ölkədəki səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib. “Javelin” tank əleyhinə komplekslərin əldə edilməsinin birinci mərhələsi müvəffəqiyyətlə başa çatdırılıb. Komplekslər Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib”, - o deyib.
DİN 10 gündür lənkəranlıları qorxu içində saxlayan qatil-manyakla bağlı xəbər yaydı
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.














