Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İordaniya rəsmiləri ilə görüşüb

İordaniya Kralı II Abdullanın dəvətilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyətini İordaniya şahzadəsi Əl Hassan bin Talal, Senatın prezidenti Faisal El-Fayez və Xarici işlər naziri Ayman Safadi qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İordaniya rəsmilərilə görüşlərdə əsasən, Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.

İordaniya Kralı II Abdullanın dəvətilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) ali səviyyəli nümayəndə heyətini İordaniya şahzadəsi Əl Hassan bin Talal, Senatın prezidenti Faisal El-Fayez və Xarici işlər naziri Ayman Safadi qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, İordaniya rəsmilərilə görüşlərdə əsasən, Fələtin-İsrail sülh danışıqları və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu prosesə verə biləcəyi töhfələr müzakirə edilib. Qeyd olunub ki, bölgədə sülhün bərqərar olması Fələstin-İsrail probleminin həllindən keçir. Həmçinin, bölgədəki böhranlar, onların həlli istiqamətində göstərilən səylər, Suriya qaçqınları, terrorla mübarizə məsələləri barədə də fikir mübadilə aparılıb.

Görüşlərdə martın 15-17 Bakıda keçiriləcək VI Qlobal Bakı Forumuna hazırlıq və İordaniya rəsmilərinin Forumda iştirak məsələləri geniş müzakirə olunub.

Qeyd edək ki, I Qlobal Bakı Forumunda İordaniya Kraliçası Nur, digər Forumlarda isə İordaniya Senatının prezidenti (Taher Masri, Abdelraouf al-rawabdeh, Faisal El-Fayez) senat üzvləri və sabiq başnazilərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Xatırladaq ki, Yaxın Şərqdə dialoqun təşviq edilməsi məqsədilə Əmmanda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzini nümayəndə heyətini Kral II Abdulla da qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31