Danimarkadakı Türkmən Ocaqlarında 20 Yanvar faciəsi qeyd edilib

Danimarkada fəaliyyət göstərən Türkmən Ocağında qanlı Yanvar faciəsi ilə bağlı tədbir təşkil olunub. Bu barədə məlumatı “OLAYLAR”-a Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. Bildirib ki, tədbiri Türkmən Ocaqlarının sədri Yurtan bəy açaraq tədbir iştirakçılarını salamlayıb.

Danimarkada fəaliyyət göstərən Türkmən Ocağında qanlı Yanvar faciəsi ilə bağlı tədbir təşkil olunub. Bu barədə məlumatı "OLAYLAR"-a Danimarkada fəaliyyət göstərən Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi verib. Bildirib ki, tədbiri Türkmən Ocaqlarının sədri Yurtan bəy açaraq tədbir iştirakçılarını salamlayıb. Daha sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirde Türkmən Ocaqları Cəmiyyəti, Türkmən Mədəniyyət Cəmiyyəti, Danimarka Vətən Cəmiyyəti, Kopenhagen Ülkü Ocaqlarının nümayəndələri , Skandinaviya Türk Federasiyası başkan yardımçısı və başqa nümayəndələr iştirak ediblər. Tədbirdə faciə ilə şəhidlərimizlə bağlı çıxışlar olub və sənədli filimlər nümayş edilib. Tədbirin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi acılıb. Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi, şəhidlərimizlə bağlı tədbirin təşkili üçün Türkmən Ocaqlarına Danimarkada yaşayan azərbaycanlılar adından təşəkkürlərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31