Gündəm

Türk ordusu ABŞ əsgərləri ilə ÜZ-ÜZƏ GƏLİR: Qorxuya düşən Vaşinqton HƏRƏKƏTƏ KEÇDİ

23 Yanvar 2018 16:44

Afrin əməliyyatını uğurla davam etdirən Türkiyə bölgədə ABŞ-la üz-üzə gələ bilər. Afrindən fərqli olaraq, Münbiçdə amerikalı hərbiçilər mövcuddur. Suriyada Amerikanın əlində təkcə PYD qalıb. Məhz buna görə də Vaşinqton bu gücü itirmək istəmir. Digər tərəfdən, Afrinlə müqayisədə Münbiç Amerikanın Suriya strategiyasında daha əhəmiyyətlidir. Hərbi ekspertlər hesab edir ki, ABŞ Münbiçin YPG-nin əlində qalması üçün hər şeyə əl atacaq. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan isə Afrindən sonra PKK/PYD/YPG terrorçularının əlində olan Münbiçin təmizlənməsi əməliyyatına başlayacaqlarını açıqlayıb. Məlumata görə, Türkiyə ordusunun artıq Münbiç əməliyyatı planı hazırdır. Vaşinqtonu ən çox narahat edən də məhz bu plandır.

Məleykə Abbaszadə: “Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

23 Yanvar 2018 16:29

2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb.

"O qədər də kasıb deyilik" - İsa Həbibbəyli

23 Yanvar 2018 16:28

"Kompüter dilçiliyinin Dilçilik İnstitutunda bir elm kimi formalaşmasını müşahidə edirik. Düzdür, kompüter dilçiliyində bir sıra aktual problemlər qalıb, lakin həlli üçün Akademiya rəhbərliyi tərəfindən konkret tapşırıq verilib".

Azərbaycan dili ilə bağlı MÜHÜM YENİLİK

23 Yanvar 2018 16:27

Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazası əsasında yaradılan http://azerbaycandili.az/ saytının təqdimatı keçirilib. Tədbirdə çıxış edən Akademiyanın vitse-prezidenti İsa Həbibbəyli saytın yaradılmasının əhəmiyyətindən danışıb:

Polisdən QƏRİBƏ ƏMƏLİYYAT: cin satanlar HƏBS EDİLDİ

23 Yanvar 2018 16:26

Hindistanda “Ələddinin sehrli çırağı” nağılından təsirlənərək şüşədə cin satmaq ticarəti məşğul olan 4 nəfər saxlanılıb.

Estoniyada həbs edilən azərbaycanlı iş adamı azadlıqda - 10 il sonra...

23 Yanvar 2018 16:23

2007-ci ildə Estoniyada həbs edilən azərbaycanlı iş adamı Əhliman Zeynalov bu gün  azadlığa çıxıb.  Bu barədə   vaxtilə onun hüquqlarını müdafiə etmiş vəkili Cavanşir Süleymanov məlumat verib.

Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

23 Yanvar 2018 16:21

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatı ilə təltif olunub.

Lənkəranda döyülən qadının anası da öldü

23 Yanvar 2018 16:14

Lənkəranda döyülən sakinlərdən daha biri ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qarayeva orada dünyasını dəyişib.

Xaricə qızıl külçə və pul çıxarmaq istəyənlərə iş istənilib

23 Yanvar 2018 16:12

Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manatlıq qızıl və 190 min dollar pul aparmaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin əməkdaşı – Kamran Əhmədov, İlqar Əbilov, Elvin Yusubov və Rəşad Nəsibovun məhkəməsi keçirilib. Məlumata görə, hakim Əfqan Hacıyevim icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək K. Əhmədovun 7 il, digər şəxslərin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi ilə görüşüb 

23 Yanvar 2018 16:10

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyanın ən böyük investisiya qurumu olan ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə görüşü olub. 

Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi

23 Yanvar 2018 16:10

Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlın cinayət işi üzrə məhkəmə iclası davam edib. Məlumata görə, prosesdə prokuror çıxış edib və onun 4 il azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Azərbaycan vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

BDU-da üçtərəfli anlaşma memorandumu imzalanıb

23 Yanvar 2018 16:05

Yanvarın 23-də Bakı DövlətUniversitetində bu ali təhsil ocağı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Almaniyanın nüvə fizikası üzrə beynəlxalq təşkilatı olan Antiproton və İon Tədqiqatları Mərkəzi GMBH (FAIR) arasında elmi və texnoloji əməkdaşlıqhaqqında anlaşma memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.

Tempratur düşəcək

23 Yanvar 2018 16:04

Bakıda və Abşeron yarımadasında yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Onların sayı 3 milyon 566 min 745 nəfərə çatdı

23 Yanvar 2018 16:00

Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının  mütəmadi  artımını da stimullaşdırıb.

Binəqədidə daha bir küçə əsaslı təmir edilib

23 Yanvar 2018 15:59

Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.