Binəqədidə daha bir küçə əsaslı təmir edilib
Paytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur.
23 Yanvar 2018 15:59 SosialPaytaxt Bakıda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn küçələrin əsaslı şəkildə təmiri istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərvivəsində Binəqədi rayonu Abay Kunanbayev küçəsi əsaslı şəkildə təmir olunur. "OLAYLAR"-a daxil olan məlumata görə, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunub və ya yeniləri çəkilib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Aidiyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq. Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Hazır olan hissələrdə asfaltlanma işləri də aparılıb. Ümumilikdə yolun 1 km-ə yaxın hissəsinə artıq 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni piyada səkiləri qurulub, mövcudları isə bərpa olunaraq asfaltlanıb. Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üşünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.