Gündəm
Külli miqdarda siqaret və mobil telefon aşkar olunub
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
Qənirə Paşayeva AŞPA-ya səsləndi: Sarkisyanın burada nə işi var?
AŞPA-nın Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim. Bunu açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib: “Çıxışımda vurğuladım ki, Serj Sarkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir.
Cüdoçularımız beynəlxalq yarışda iştirak edəcəklər
Gələn ay Fransanın Pais və Almaniyanın Düsseldorf şəhərlərində cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, bu mötəbər turnirlərdə Azərbaycan milli komandası da mübarizə aparacaq. Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında cüdoçularımız hazırda Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında gələcək beynəlxalq yarışlara hazırlaşırlar.
“Rəsulzadə-134” mövzusunda dəyirmi masa keçiriləcək
Yanvarın 27-də Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan siyasi mühacirətinin lideri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş “Rəsulzadə-134” mövzusunda Dəyirmi Masa keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a BAO-dan daxil olub. Bildirilib ki, tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər.
Dini Komitə maarifləndirmə tədbiri keçirib
Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakəndə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilib. “OLAYLAR” Dini Komitəyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.
Yaz sessiyasının ilk iclasının gündəliyi bəlli oldu
Milli Məclisin yaz sessiyasının ilk iclasının tarixi və gündəliyi məlum olub. Məlumata görə, parlamentin yaz sessiyasının növbəti iclası fevralın 1-də baş tutacaq. İclasın gündəliyinə 15 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.
Oğurluqla məşğul olan yeniyetmə tutulub
Oğurluqda şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hüseynov və Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Cibgir keçmiş məhkum saxlanıb
Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də paytaxt sakini Fərid Babayevin cibindən 60 manat və sənəd oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Nihal Abbasov Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Yanan evdə 2 yaşlı uşağın meyiti tapılıb
Biləcəri dəmir yolu stansiyasının ərazisində vətəndaşa məxsus evdə yanğın baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 22-də saat 13 radələrində Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşayan Lətif Əliyevin taxta konstruksiyalı evində yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra L.Əliyevin qızı, 2 yaşlı Ayanın yanmış meyiti tapılmışdır. L.Əliyevə isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.
“Mersedes” vuran piyada hadisə yerində ölüb
Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 22-də saat 20 radələrində Tərtər rayonunun Qaradağlı kəndində rayon sakini Məhəmməd Əhmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Firdovsi Məmişovu vurub. Piyada aldığı zərbədən hadisə yerində ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Əli Əhmədov: “Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası qarşıya qoyulan mühüm vəzifələri yerinə yetirib”
Yanvarın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib. “Olaylar” xəbər verir ki, iclası açan Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Milli Əlaqələndirmə Şurasının fəaliyyətə başladığı dövrdən sonra kifayət qədər işlərin görüldüyünü və qarşıya qoyulan mühüm vəzifələrin yerinə yetirildiyini bildirib. Baş nazirin müavini qeyd edib ki, ötən il Azərbaycan Respublikasının Könüllü Milli Hesabatı BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim olunub. Bu hesabatın hazırlanmasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibində yaradılan işçi qrupların fəaliyyəti təqdirəlayiqdir. Həmin hesabat “Azərbaycan-2030: Minilliyin İnkişaf Məqsədlərindən Dayanıqlı İnkişaf Məqsədlərinə doğru” adı ilə Azərbaycan dilinə tərcümə olunub.
AŞ PA-da qətnamə qəbul edilib
Yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropada regionların və azlıqların dillərinin müdafiəsi və inkişaf etdirilməsi üzrə qətnamə qəbul edilib.
İranın mövqeyi faş oldu: Hizbullah Türkiyəni...
Türkiyənin “Zeytun budağı” əməliyyatının başlanmasından sonra Afrində internet və radio əlaqə kəsilib. Bu barədə informasiyanı Suriya mətbuatı yayıb. Əməliyyatla bağlı ən maraqlı mövqeni iranyönlü Hizbullaha məxsus KİV orqanları ortaya qoyublar.
Dövlət Proqramının uğurlu icrası Yevlaxı kənddən şəhərə çevirdi
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı respublikanın bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də uğurla icra edilib. 2004-cü ildən bu günə qədər mərhələli şəkildə həyata keçirilən bu proqram nəticəsində Yevlaxın simasını demək olar ki, tamamilə dəyişib, yenilənib, abadlaşıb. Son illər şəhərdə aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri, çox saylı parkların salınması, istirahət yerlərinin tikilməsi fonunda bunu aydın şəkildə görmək mümkündür.
SON DƏQİQƏ! Türkiyə SQ Afrində daha bir yaşayış məntəqəsini aldı
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin şəhəri yaxınlığında daha bir yaşayış məntəqəsini terrorçulardan geri alıb. Məlumata görə, Türkiyə qoşunları Hamam kəndini YPG və PYD terrorçularından təmizləyib. Bir müddət əvvəl isə Türkiyə hərbçilərinin Burseya strateji yüksəkliyini nəzarətə götürdüyü məlumat verilmişdi. Türkiyə SQ-nin Afrində əməliyyatlara başladığı müddətdən 12 yaşayış məntəqəsi YPG və PYD-dən azad edilib.














