Gündəm
Anadan dəhşətli əməl: 4 yaşlı oğluna xlor içirdib öldürdü
Ana 4 yaşlı oğlunu əvvəlcə kəmərlə döyüb, daha sonra isə xlor içirdərək öldürüb. Rusiyanın Xabarovsk vilayətində yaşayan Olqa adlı qadın 4 yaşlı övladını amansızcasına qətlə yetirib. Qonşuların sözlərinə görə, qadın uşağa zülm vermək məqsədilə onu paltar dolabının içərisində saxlayırmış. Uşağın saatlarla ağladığını deyən qonşular iddia edir ki, qadın onu zirzəmidə çimdirib daha sonra soyuq havada çılpaq vəziyyətdə çölə çıxardırmış.
İsrail: Terrorun qarşısını Allah alır...
İsrail hərbçiləri mülki müdafiə mövzusuna həsr olunmuş seminar zamanı beşinci sinif şagirdlərinə “bütün təbii hadisələr Allahın iradəsinə uyğun şəkildə baş verir” yazılmış bukletlər paylayıblar.
Prezidentin Davos səfərində - Mühüm məqam
Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində dünyanın aparıcı şirkətləri ilə həyata keçirdiyi görüşlər Azərbaycan iqtisadiyyatının inkişafı üçün çox əlamətdardır.
Mübarəkin generalı həbs edildi
Misir ordusunun Baş Qərargahının keçmiş rəisi Sami Anan həbs edilib. Bu barədə informasiyanı Ananın seçki qərargahı yayıb. Onun prezident seçkisində iştirak etmək istəyinə görə həbs edildiyi bildirilib.
Baş həkimi tənqid etdi, işdən qovuldu və... - Video
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan və sosial şəbəkələrin gündəmini zəbt edən məlum video qalmaqalına görə işdən qovulan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovanı məhkəməyə verib.
ABŞ generalı YPG düşərgəsinə gəldi: Savaş bitdi...
ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandanı, general Cozef Votel Suriyanın Rakka şəhərindəki YPG düşərgələrini ziyarət edib. Bu barədə İŞİD-ə qarşı koalisiyanın sözçüsü Bret Makqark Tvitterdə foto paylaşıb.
Toy gecəsindən 1 saat sonra gəlin qaçdı: bəyin efirdə dedikləri hər kəsi güldürdü - VİDEO
Qızılları götürüb, qaçan gəlinlə evliliyi bir saat çəkən bəy namizədin danışdıqları həm verilişin aparıcısı Müge Anlını, həm də studiyadakıları güldürüb.
Ötən il rekord sayda BMT sülhməramlısı təcavüz aktının qurbanı olub
2017-ci ildə BMT-nin 56 sülhməramlısı təcavüz aktı nəticəsində həlak olub ki, bu da 1994-cü ildən qeydə alınan ən yüksək göstəricidir. Məlumata görə, bu barədə təşkilatın baş katibi Antonio Quterreşin təqdim etdiyi məruzədə deyilir.
İlham Əliyev: "Azərbaycanda daxili risklər və təhdidlər yoxdur"
Azərbaycanda daxili risklər və təhdidlər yoxdur. Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.
Rusiyanın bütün dağ xizəkçiləri Olimpiadanın ilkin siyahısına salınıb
Cənubi Koreyanın Pxönçhan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına qatılmaqda iddialı olan Rusiyanın bütün dağ xizəkçiləri ilkin olaraq iştirakçı siyahısına düşüblər. Məlumata görə, Rusiya Dağ-Xizək İdmanı və Snoubord Federasiyasının prezidenti Leonid Melnikov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) həmin idmançılara, o cümlədən Dünya Kubokunun qalibi Aleksandr Xoroşilova dəvətnamə verməyə hazırdır.
Bu arıqlama dərmanı qadağan edildi - ÖLDÜRÜR!
Rusiyada arıqlamaq üçün nəzərdə tutulmuş dərman preparatının satışını həyata keçirən sayt bağlanıb. Məlumata görə, söhbət DNP (Dinitrofenol) preparatından gedir. Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Federal Nəzarət Agentliyi bu dərman preparatının ölümcül təhlükəli olduğunu bildirib.
Düşmənə ağır ZƏRBƏ - Strateji məntəqə ələ keçirildi
Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir yaşayış məntəqəsi ələ keçirilib. ASO Afrinin qərbində yerləşən Cinderes bölgəsinin Əl-Hamam kəndi və ətraf təpələri PYD terror təşkilatından təmizləyib. Cinderes bölgəsi PYD/PKK-nın Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalına hücumlar təşkil etdiyi ərazi olmaqla yanaşı, Afrinə birbaşa uzanan vadidə yerləşir. Bölgə Türkiyə Silahlı qüvvələri və ASO-nun irəliləməsi üçün strateji əhəmiyyət daşıyır.
Qənirə Paşayeva AŞPA-da girovlarla bağlı çıxış edib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun Azad Demokratlar Qrupu toplantısında Ermənistanın qeyri-qanuni girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırıb.
Elə bil quyuya düşdüm...
Sinif yoldaşım Nazim olduqca zirək və mərd oğlan idi, heç vaxt dediyindən dönməzdi. Sinifdə onun qolunu qanıran yox idi. Tez-tez komanda yığıb ayrı-ayrı məktəblərlə futbol oynayırdıq. Burada da Nazimin üstünlüyü vardı; onun qoruduğu qapıdan hələ top keçməmişdi. Demək olar ki, bütün oyunları Nazimin yüksək qapıçılıq istedadı sayəsində udurduq. Bu qabiliyyətinə görə Nazim çox tanınırdı, məktəblərarası futbol yarışında da onun hesabına çempion olduq.
Deputatımız AŞPA-da milli azlıqların hüquqlarından danışdı
“Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır”. Məlumata görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov AŞPA-nın qış sessiyasında çıxışı zamanı deyib.














