İlham Əliyev: "Azərbaycanda daxili risklər və təhdidlər yoxdur"
Azərbaycanda daxili risklər və təhdidlər yoxdur. Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.
23 Yanvar 2018 17:26 SiyasətAzərbaycanda daxili risklər və təhdidlər yoxdur. Bunu Prezident İlham Əliyev Davos İqtisadi Forumunun "Strateji baxış: Avrasiya" sessiyasında aparıcının sualına cavab verərkən deyib.
Dövlətimizin başçısı qeyd edib: "Düşünürəm ki, hər bir ölkə üçün, xüsusən bizim regionda qonşularla münasibətlər prioritet olmalıdır. Azərbaycanda daxili risklər və təhdidlər yoxdur və ona görə də biz öz sərhədlərimizdə təhlükəsizliyə zəmanət veririk".
İlham Əliyev bildirib ki, ən yaxşı yol öz milli maraqlarını və qonşuların milli maraqlarını nəzərə alaraq qonşularla praqmatik və səmimi əlaqələr qurmaqdır: "Biz ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşularla yaxşı münasibət qurmuşuq". Trend.az